Nəriman Axundzadə "Ərzurumspor"dan ayrılır?

Hazırda oxunan: Nəriman Axundzadə "Ərzurumspor"dan ayrılır?

642197

Son günlər mətbuatda Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin qış transfer pəncərəsində Türkiyənin "Ərzurumspor" klubundan ayrılacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bizim.Media xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin prezidenti Ahmet Dal məlumat verib.

O bildirib ki, komanda daxilində həm hücumçuya, həm də onun bacarığına böyük inam var:

"Son günlər mediada Nərimanın klubumuzdan ayrılacağı barədə xəbərlər dolaşır. Amma bunu qətiyyətlə təkzib edirəm. "Ərzurumspor" klubu olaraq Nərimanı çox sevirik və onun oyununu bəyənirik. Eyni şəkildə, o da klubumuzu çox sevir. Bu cür xəbərlərin haradan çıxdığını bilmirəm, adətən transfer dövrlərində belə şayiələr yayılır. Lakin birmənalı şəkildə bildirirəm ki, belə bir planımız yoxdur".

Klub rəhbəri futbolçunun komandaya tam adaptasiya ola bilməməsini onun düşərgəyə gec qoşulması və Ərzurumun coğrafi şəraiti ilə əlaqəli olduğunu vurğulayıb:

"Nəriman mövsümün əvvəlində Millətlər Liqası ilə əlaqədar milli komandanın düşərgəsində idi və aramıza bir qədər gec qatıldı. Ərzurum Türkiyənin ən yüksək dağlıq bölgələrindən biridir. Buranın hündürlüyünə uyğunlaşmaq həm yeni transferlərimiz, həm də oyunçular üçün asan başa gəlmir. Şəhərin hava və iqlim şəraitinə uyğunlaşma dövrü bəzən vaxt aparır. Baş məşqçimiz Serkan Balta Nərimandan razıdır, onun həm məşqlərdəki çalışqanlığından, həm də meydandakı performansından məmnunuq. O, çox sevilən və örnək xarakterə malik futbolçudur".

Ahmet Dal Azərbaycanla münasibətlərə də toxunaraq qeyd edib ki, Nəriman Axundzadənin transferi iki ölkə arasındakı qardaşlıq əlaqələrinə xüsusi töhfə verir və klub bu əməkdaşlığı gələcəkdə də davam etdirməkdə maraqlıdır.

Qeyd edək ki, Nəriman Axundzadə müqavilə ilə ABŞ-ın "Kolambus Kryu" klubuna məxsusdur. "Ərzurumspor" avqust ayında 22 yaşlı hücumçu ilə birillik icarə müqaviləsi imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin