Bu ölkədə orduya ən yüksək döyüş hazırlığı əmri verildi

Hazırda oxunan: Bu ölkədə orduya ən yüksək döyüş hazırlığı əmri verildi

642108

İraqın Baş naziri və Silahlı Qüvvələrinin Ali Baş Komandanı Əli əz-Zeydi ordunun döyüş hazırlığının ən yüksək səviyyəyə qaldırılması barədə təlimat verib. 

Bizim.Media "Anadolu” agentliyinə istinadən xəbər verir ki, Əli əz-Zeydi Baş Komandanlıq Ofisinin rəhbəri, Planlaşdırma Nazirliyinin müavini, bir sıra məsləhətçilər və hərbi komandirlərin iştirakı ilə ölkənin təhlükəsizlik vəziyyəti və ordunun hazırlıq səviyyəsini müzakirə edib.

İclasda İraq Silahlı Qüvvələrinin mövcud döyüş gücü qiymətləndirilib, Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin, Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin və ordu aviasiyasının imkanları, eləcə də bu bölmələrin ehtiyac duyduğu müasir avadanlıq və texnologiyalar nəzərdən keçirilib. 

Müasir hərbi texnologiyaların əhəmiyyətinə diqqət çəkən İraq Baş naziri müasir ordunun yalnız ənənəvi silahlardan ibarət olmadığını vurğulayıb.

O, hərbi aviasiya, pilotsuz uçuş aparatları (PUA), HHM sistemləri və texniki potensialın strateji vacibliyini xüsusi qeyd edib. 

Silahlı Qüvvələrin döyüşə hazırlıq vəziyyətinin maksimum səviyyəyə çatdırılmasını tələb edən hökumət rəhbəri İraqın müdafiə qabiliyyətini gücləndirmək üçün lazım olan bütün dəstəyi verməyə hazır olduqlarını bildirib. Əz-Zeydi əlavə edib ki, bu tədbirlər İraqın milli təhlükəsizliyini, suverenliyini, hava məkanını, ərazi sularını və torpaq bütövlüyünü təmin etmək məqsədi daşıyır. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin