Təmir işləri ilə əlaqədar oktyabrın 14-də Bakının Yasamal və Binəqədi rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
Bu barədə Bizim.Media-ya “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə qeyd olunan rayonlarda yerləşən transformator məntəqələrində təmir-təftiş və sınaq işləri aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində saat 10:00-dan 13:00-dək Dadaş Bünyadzadə, Möhsün Qədirli, Nəriman Nərimanov və Rahib Tağıyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Binəqədi RETSİ-nin xidmət ərazisinə daxil olan 9-cu mikrorayonun Mir Cəlal küçəsinin bəzi hissələrində isə saat 09:00-dan 14:00-dək elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Bizim.Media


































































































