Türkiyə süni intellektlə idarə olunan kamikadze dronlarını sınaqdan keçirdi – VİDEO

Hazırda oxunan: Türkiyə süni intellektlə idarə olunan kamikadze dronlarını sınaqdan keçirdi – VİDEO

642180

Türkiyə müdafiə sənayesi yeni texnoloji addım ataraq süni intellektlə təchiz olunmuş "SİVRİSİNEK" (Komar) kamikadze dronlarının dəstə şəklində hücum qabiliyyətini uğurla sınaqdan keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə türk mətbuatı yazıb.
 

Məlumata görə, zərbələri koordinasiya etmək üçün süni intellekt alqoritmlərindən istifadə edən bu pilotsuz uçuş aparatları 1000 kilometrdən artıq məsafədə fəaliyyət göstərmək qabiliyyətinə malikdir.


"SİVRİSİNEK" dronlarının ən mühüm üstünlüklərindən biri isə GPS (qlobal naviqasiya) siqnallarının olmadığı, yəni elektron mübarizə şəraitində belə müstəqil şəkildə naviqasiya etmə və hədəfə çatma imkanına malik olmasıdır.

Bu texnologiya Türkiyənin uzun mənzilli, ucuz başa gələn və GPS-dən asılı olmayan zərbə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin