Azərbaycanda kartdan karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib.
Bizim.Media xəbər verir ki, Hökumət Ödəniş Portalı üzrə göndərilən ödəniş sərəncamlarının icrasına görə tarif dərəcəsi aşağıdakı kimi olacaq:
- 100 manatadək köçürmələrdə – 3 qəpik;
- 100,01–1000 manat – 10 qəpik;
- 1000,01–10 000 manat – 50 qəpik;
- 10 000,01–40 000 manat – 2 manat;
- 40 000 manatdan yuxarı – 4 manat tutulma olacaq.
Dollarla edilən ödənişlərə də tarif dərəcəsi müəyyən edilib.
- 100 dollara qədər köçürmələrdə - 0.2 dollar;
- 100.1 – 1000 dollar – 0.5 dollar;
- 1000.1 – 10000 dollar – 2 dollar;
- 10000.1 – 40000 dollar – 10 dollar;
- 40000.1 dollardan yuxarı – 20 dollar tutulma olacaq.
Bizim.Media


































































































