İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın İrana hücumları, sanksiyaları və razılaşmaları pozması davam etdiyi müddətdə Vaşinqtonla danışıqların mənasız olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, Pezeşkian bunu Tehranda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşündə deyib.
O, ABŞ-ı danışıqlar zamanı İrana üç dəfə hücum etməkdə ittiham edib və Vaşinqtonun həqiqətən dialoq aparmaq niyyətində olmadığını söyləyib.
İran lideri ölkəsinin nüvə proqramı ilə bağlı şəffaf olduğunu, İranın Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən ən çox yoxlanılan ölkələrdən biri olduğunu bildirib. O, buna baxmayaraq, İranın nüvə obyektlərinin və alimlərinin hədəfə alındığını deyib.
Pezeşkianın açıqlamaları Tehran və Vaşinqton arasında danışıqların dalana dirəndiyi bir vaxtda səslənib. Tərəflər Hörmüz boğazının açılması, sanksiyaların aradan qaldırılması və atəşkəs məsələlərində mövqelərini qoruyurlar.
Bizim.Media






























































































