ABŞ Prezidenti Donald Tramp İranın mümkün hücum zamanı Los-Anceles və San-Diyeqo şəhərlərini “məhv edə biləcəyini” deyib.
Bizim.Media xəbər verir ki, o, bu fikirləri Nebraska ştatının Qrend-Aylend şəhərində keçirilən mitinqdə səsləndirib.
Tramp bildirib ki, müharibə fonunda enerji qiymətlərinin artması ABŞ və dünyanın təhlükəsizliyini təmin etmək üçün “kiçik qiymətdir”.
O, İranla müharibənin “çox tezliklə” başa çatacağını və qiymətlərin kəskin şəkildə aşağı düşəcəyini söyləyib.
ABŞ lideri həmçinin Böyük Britaniyadakı RAF Fairford bazasından B-1 bombardmançılarının çıxarılmasına səbəb olan təhdidin İranla əlaqəli olduğunu təsdiqləyib.
O bildirib ki, ABŞ hərbçiləri təhlükənin qarşısını almaq üçün təyyarələri başqa əraziyə köçürüblər.
İran isə daha əvvəl bu hadisə ilə bağlı ittihamları rədd edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:15 / 06.10.2026
Trampdan XƏBƏRDARLIQ: İran Los-Anceles və San-Diyeqonu məhv edə bilər
Hazırda oxunan: Trampdan XƏBƏRDARLIQ: İran Los-Anceles və San-Diyeqonu məhv edə bilər
Hazırda oxunan: Trampdan XƏBƏRDARLIQ: İran Los-Anceles və San-Diyeqonu məhv edə bilər
640636
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































