"A Bicyclette!" filmində İstanbul: Rejissor xarici filmlərin stereotiplərindən necə uzaqlaşıb?

Hazırda oxunan: "A Bicyclette!" filmində İstanbul: Rejissor xarici filmlərin stereotiplərindən necə uzaqlaşıb?

640642

Fransalı rejissor Matias Mlekuzun mərhum oğlunun xatirəsinə həsr olunmuş və Fransa sahillərindən İstanbula uzanan velosiped səyahətindən bəhs edən "A Bicyclette!" (ingiliscə "Ride Away") filmi kino tənqidçilərinin diqqətini çəkib.

Bizim.Media xəbər verir ki, xarici kinematoqrafiyadan fərqli olaraq, bu filmdə İstanbul heç bir süni "sarı filtr" (yellow filter) və ya qəsdən yaradılmış "ekzotik Şərq" ab-havası olmadan təqdim olunur.

Şəhər uzun bir fiziki və emosional səyahətin son nöqtəsi kimi öz təbii görkəmində və işığında ekranlaşdırılıb.

Mlekuz 28 yaşında intihar edən oğlu Yurinin 22 yaşında qət etdiyi marşrutu yaxın dostu Filipp Rebbotla birlikdə 60 yaşında velosipedlə keçib. Ssenarisiz çəkilən 180 saatdan çox kadr əsasında ərsəyə gələn filmdə yas, dostluq, yumor və həyat sevgisi bir-biri ilə qovuşur.

Film İstanbulun tarixi küçələrini, gündəlik mədəniyyətini, o cümlədən ənənəvi türk hamamı mədəniyyətini dekorasiya kimi deyil, şəhərin canlı həyatının bir parçası kimi əks etdirir.

Haliç mənzərəsi fonunda yekunlaşan səyahət İstanbulu təbii şəkildə tamaşaçıya çatdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin