Həyat yoldaşını öldürdüyü üçün ömürlük həbs cəzası aldı

Hazırda oxunan: Həyat yoldaşını öldürdüyü üçün ömürlük həbs cəzası aldı

640639

ABŞ-ın “American Idol” şousunun keçmiş iştirakçısı Kaleb Flinn həyat yoldaşını öldürdüyünə görə şərti azadlığa buraxılma hüququ olmadan ömürlük həbs cəzasına məhkum edilib.

Bizim.Media xəbər verir ki, 40 yaşlı Flinn həyat yoldaşı Eşli Flinni Ohayo ştatındakı evlərində öldürməkdə təqsirli bilinib.

Məhkəmə müəyyən edib ki, o, cinayət səhnəsini evə oğrunun girdiyi görüntüsü yaratmaq üçün saxtalaşdırıb. Flinn doqquz ittiham üzrə təqsirli bilinib.

Prokurorluğun məlumatına görə, Flinn 16 fevralda 37 yaşlı həyat yoldaşını yatdığı vaxt başının arxasından iki dəfə güllələyib. İstintaq onun bunu sevgilisi ilə birlikdə olmaq üçün etdiyini irəli sürüb.

 

Məhkəmədə Flinn cinayəti törətdiyini inkar edib və evə naməlum şəxsin girdiyini bildirib. Lakin andlılar təxminən iki saatlıq müzakirədən sonra onun versiyasını qəbul etməyiblər. Müdafiə tərəfi hökmü apellyasiya qaydasında mübahisələndirəcəyini bildirib.

 

Flinn 2013-cü ildə “American Idol”da qısa müddət iştirak edib, lakin Hollivuddakı əsas mərhələyə keçə bilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin