Məlum olduğu kimi, bir sıra yerli media resurslarında Azərbaycanın Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlunun Gülnarə Şıxəliyevadan boşandığı və üçüncü dəfə ailə həyatı qurduğu barədə məlumatlar yayılıb.
Bizim.Media xəbər verir ki, Polad Bülbüloğlu "Novoye vremya" qəzetinə açıqlamasında bu iddiaları təkzib edib.
Hazırda Türkiyədə istirahətdə olan sənətçi boşanma ilə bağlı yayılan məlumatların tamamilə yalan və həqiqətdən uzaq olduğunu bəyan edib. O, Gülnarə Şıxəliyevadan ayrılmadığını və üçüncü nikaha daxil olmadığını vurğulayıb.
Xalq artisti onu da əlavə edib ki, Azərbaycana qayıtdıqdan sonra bu yalan məlumatları yayan saytların əməllərinə hüquqi qiymət verilməsi üçün müvafiq addımlar atacaq.
Bizim.Media

































































































