Bu il ali təhsil müəssisəsinə qəbul olan ən yaşlı tələbə Elbrus Hüseynov onu ən çox sevindirən anın nəvələrinin təbriki olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, "Report.az"a açıqlama verən 58 yaşlı E.Hüseynov subbakalavr (kollec məzunu) kimi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Kommunikasiya sistemləri mühəndisliyinə qəbul olunduğunu qeyd edib.
İki il əvvəl mühəndislik ixtisası üzrə kolleci bitirən Elbrus Hüseynov bu il uşaqlıq arzusunu yerinə yetirərək universitetə sənəd verib:
"Uşaqlıq arzum idi ki, ali təhsil də alım. Şükür Allaha arzum çin oldu və tələbə adını qazandım. Çəkilən zəhmət yerdə qalmır, əziyyət çəkmək lazımdır".
O əlavə edib ki, Bakıda mühəndis işləyib və artıq ərizəsini yazaraq işdən çıxıb.
"Ailəm imtahan nəticələrini biləndə çox sevindi. Bir oğlum, 3 nəvəm var. Məni ən çox sevindirən an nəvələrimin təbriki oldu. Oğlum da ali təhsillidir. Hər zaman mənə dəstək olacaqlarını bildirirdilər. Universiteti bitirdikdən sonra işimi davam etdirməyi düşünürəm", - bu ilin ən yaşlı tələbəsi statusunu qazanan E.Hüseynov əlavə edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:57 / 26.08.2026
Bu ilin ən yaşlı tələbəsi: “Məni ən çox sevindirən nəvələrimin təbriki oldu”
Hazırda oxunan: Bu ilin ən yaşlı tələbəsi: “Məni ən çox sevindirən nəvələrimin təbriki oldu”
Hazırda oxunan: Bu ilin ən yaşlı tələbəsi: “Məni ən çox sevindirən nəvələrimin təbriki oldu”
633127
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































