Zelenski Rusiyanın 10 rabitə şirkətlərinə sanksiya tətbiq etdi

Hazırda oxunan: Zelenski Rusiyanın 10 rabitə şirkətlərinə sanksiya tətbiq etdi

619134

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın on mobil və peyk rabitə operatoruna qarşı sanksiyaların tətbiq olunması barədə fərman imzalayıb.

Bizim.Media “ura.news”a istinadla xəbər verir ki, bu barədə məlumat Ukrayna dövlət başçısının rəsmi saytında dərc edilmiş sənədin mətnində yer alıb.
 

"Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 5 iyun 2026-cı il tarixli “Xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin (sanksiyaların) tətbiqi haqqında” qərarı qüvvəyə minsin", — deyə fərmanın mətnində qeyd olunub.


Sənədə əsasən, Ukraynanın sanksiya siyahısına düşən Rusiya şirkətləri arasında "Amtel-Svyaz", "Luganskie Kommunikatsii", "Mobilnye kommunikatsionnye sistemı", "RuSat", "Sputnikovaya svyaz", "RTKomm" və "Kosmicheskaya svyaz" Federal Dövlət Unitar Müəssisəsi (FGUP) yer alır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin