ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu yaxın günlərdə imzalana bilər, amma bu, sabah olmayacaq.
Bizim.Media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
“Memorandumun dəqiq nə vaxt imzalanacağı ilə bağlı gözləməliyik. Bu, sabah baş verməyəcək, lakin yaxın günlərdə imzalanması ehtimalını da istisna etmək olmaz”, – Bəqai bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun mövqeyindəki qeyri-müəyyənlik səbəbindən proseslə bağlı açıqlamalarda ehtiyatlı olmaq lazımdır.
“Digər tərəfin tərəddüdlü davranışını nəzərə alaraq, bu proseslə bağlı istənilən şərhdə ehtiyatlı olmalıyıq”, – İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb.
Bəqai ABŞ-ın regional hadisələrlə bağlı bəzi mövqelərinə də toxunaraq bildirib ki, Vaşinqtonun müəyyən məsələlərdə Tehranla razılaşmaması İran üçün problem yaratmır.
Bizim.Media

- A-
- A
- A+
Region
17:57 / 13.06.2026
Bəqai: ABŞ ilə memorandum sabah imzalanmayacaq
Hazırda oxunan: Bəqai: ABŞ ilə memorandum sabah imzalanmayacaq
Hazırda oxunan: Bəqai: ABŞ ilə memorandum sabah imzalanmayacaq
619099
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































