Saxta nikahlara qarşı mübarizə başlayır – Qaydalar sərtləşdirilir

Hazırda oxunan: Saxta nikahlara qarşı mübarizə başlayır – Qaydalar sərtləşdirilir

618204

Gürcüstan hakimiyyəti miqrasiya qanunvericiliyinə əcnəbilərin müvəqqəti yaşayış icazəsi (MYİ) almasını çətinləşdirəcək düzəlişlər hazırlayıb.

Bizim.Media xəbər verir ki, parlament qanun layihəsinə iyunun 23-də sürətləndirilmiş qaydada baxacaq.

Əsas diqqət yaşayış icazəsi və ya vətəndaşlıq almaq xatirinə bağlanan saxta nikahlarla mübarizəyə yönəlib.

Bu cür sxemlərin cinayət məsuliyyətinə cəlb edilməsi təklif olunur: qaydanı pozanları cərimə, 2 ilədək azadlıqdan məhrumetmə, deportasiya və Gürcüstana girişin 10 ilədək qadağan edilməsi gözləyə bilər. Nikahların yoxlanılması üçün xüsusi komissiya yaradılacaq.
 

Təhsil əsaslı yaşayış icazəsinin alınması qaydaları da sərtləşdirilir. Bunu yalnız akkreditasiyadan keçmiş ali məktəb və kolleclərin tələbələri rəsmiləşdirə biləcəklər. Akademik tələblərin, işədüzəlmə qaydalarının pozulması və ya ölkədə uzun müddət olmamaq səbəbindən sənəd ləğv edilə bilər.


Bundan əlavə, əcnəbilərdən qəbul üçün beynəlxalq dil sertifikatı və ya xarici dil yaxud dövlət dilindən imtahan vermək tələb olunacaq. Hakimiyyət orqanları, həmçinin xarici tələbələrin qəbuluna kvota tətbiq etmək niyyətindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin