David Kazinyanın İDDİASI: "Paşinyan seçkilərdə uduzsa, qarşıdurmaya gedəcək”

Hazırda oxunan: David Kazinyanın İDDİASI: "Paşinyan seçkilərdə uduzsa, qarşıdurmaya gedəcək”

617760

Ermənistanda keçirilən parlament seçkilərinin gedişatında müxalifət düşərgəsindən hakimiyyətə qarşı növbəti sərt ittihamlar səsləndirilib. "Güclü Ermənistan" seçki blokundan deputatlığa namizəd David Kazinyan jurnalistlərə açıqlamasında Baş nazir Nikol Paşinyanın məğlubiyyətlə barışmayaraq ölkəni xaosa sürükləyə biləcəyini iddia edib.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, müxalif namizəd hakimiyyətin istənilən ssenarisinə hazır olduqlarını bəyan edib.

Kazinyan mövzu ilə bağlı narahatlıqlarını belə ifadə edib:

"Nikol Paşinyanın seçkilərdə uduzacağı təqdirdə qəsdən qarşıdurmaya gedəcəyinə dair ciddi şübhələrimiz var. Lakin biz bu qarşıdurmaya rəvac verməyəcəyik, hərçənd hər şeyə hazırıq. Blokumuz ölkədə yarana biləcək hər hansı xaos vəziyyətində situasiyaya tam nəzarət etmək gücündədir. Hazırkı repressiya şəraitində belə bizim qüvvəmiz dik durur. Əgər hakimiyyət qanunsuz addımlar atmağa qərar verərsə, biz sözün əsl mənasında seçkilərdən sonrakı bütün ssenarilərə tam hazırıq".

David Kazinyan Paşinyanın planlarının Ermənistanın yaxın tarixindəki qanlı hadisələrlə bənzərlik təşkil etdiyini vurğulayıb:

"Hesab edirəm ki, Paşinyan vaxtilə ölkədə baş vermiş 1 mart 2008-ci il hadisələrinə (seçki sonrası kütləvi iğtişaşlar və insan ölümləri) bənzər bir mənzərə yaratmaq istəyir. Lakin bizim siyasi gücümüz geri çəkilməyəcək. Biz Konstitusiya çərçivəsində hərəkət edərək, dişimizlə-dırnağımızla hər bir seçicimizin səsinə sahib çıxacağıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin