Türkiyə FPV dronlarına qarşı mübarizə vasitələrini sınaqdan keçirdi - VİDEO

Hazırda oxunan: Türkiyə FPV dronlarına qarşı mübarizə vasitələrini sınaqdan keçirdi - VİDEO

617584

Türkiyənin ASELSAN şirkəti "DRONEDEF" kompleksinin uğurlu sınaqları barədə məlumat yayıb.

Bizim.Media xəbər verir ki, testlər zamanı "İHTAR", "EJDERHA" sistemləri və "GÖKBERK" lazer kompleksi bir neçə dronu zərərsizləşdirib.
 

"İHTAR" alçaqdan uçan FPV hədəflərinin aşkarlanması və izlənilməsinə cavabdehdir, "EJDERHA" istiqamətləndirilmiş elektromaqnit enerjisinin köməyi ilə dron sürülərini və optik-lifli PUA-ları sıradan çıxarır, "GÖKBERK" isə hədəfləri lazerlə məhv edir.


Hər üç sistem Türkiyənin çoxtəbəqəli "Polad Qübbə" ("Çelik Kubbe") hava hücumundan müdafiə sisteminə inteqrasiya olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin