“İran donanması döyüşə hazırdır”.
Bizim.Media “Tasnim”ə istinadla xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin Ordu Günü münasibətilə ünvanladığı təbrikində qeyd olunub.
Xameneinin sözlərinə görə, İran ordusu əvvəlki illərdə olduğu kimi, bu gün də ölkənin torpağını, suverenliyini və bayrağını cəsarətlə müdafiə edir. O, İran ordusunun gücləndirilməsinin vacibliyini vurğulayıb.
Xatırladaq ki, Hörmüz boğazının açılması ilə bağlı dünən razılaşma əldə olunsa da, İran bu gün yenidən boğazı bağlayıb.
Bizim.Media



































































































