Sel 77 xırdabuynuzlu heyvanı tələf etdi – VİDEO

Hazırda oxunan: Sel 77 xırdabuynuzlu heyvanı tələf etdi – VİDEO

618569

Daşkəsəndə gecə saatlarında yağan güclü yağış və sel ciddi fəsadlara səbəb olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Zəylik kəndi istiqamətinə gedən yolun kənarında yerləşən yataqda qeydə alınıb.

Rayonun Quşçu kənd sakini Təhməz Rzayevə məxsus 77 baş xırdabuynuzlu heyvan sel sularında boğularaq tələf olub.
 

Bundan başqa, güclü yağış nəticəsində yaranan sel suları Quşçu kəndinə gedən yolda, eləcə də rayonun bir sıra digər yaşayış məntəqələrinə aparan avtomobil yollarında hərəkətlə bağlı ciddi çətinliklər yaradıb.


Bildirək ki, ötən gecə Gəncə şəhəri və ətraf rayonlarda güclü yağış yağıb, bəzi ərazilərdə sel hadisələri müşahidə olunub.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin