Rusiyanın “VIM-Avia†şirkəti Sankt-Peterburq - Qəbələ aviareysi üzrə birbaşa uçuşlara
başlayır.
“Azərbaycan Hava Yolları†QSC-nin mətbuat
xidmətindən AzərTAc-a bildiriblər ki, Sankt-Peterburq - Qəbələ aviareysi üzrə
ilk uçuş avqustun 22-də yerinə yetiriləcəkdir və təyyarə Qəbələ hava limanına
saat 12:00-da enəcək. Elə həmin gün təyyarə Qəbələ - Sankt-Peterburq
istiqamətində havaya qalxacaq.
Bu, Qəbələ aeroportuna sayca ikinci
beynəlxalq aviareysdir. Artıq Qəbələdən Moskva şəhərinə birbaşa uçuşlar yerinə
yetirilir.
Qeyd edək ki, hazırda Azərbaycanın
bölgələrində yerləşən hava limanlarından bir sıra beynəlxalq aviareyslər üzrə
uçuşlar həyata keçirilir.




































































































