İrandan ABŞ-ın hücumlarına CAVAB - Körfəz ölkələri ALOVLAR İÇİNDƏ - VİDEO

Hazırda oxunan: İrandan ABŞ-ın hücumlarına CAVAB - Körfəz ölkələri ALOVLAR İÇİNDƏ - VİDEO

624159

“ABŞ ordusunun Küveyt və Bəhreyndəki bazalarının mühüm infrastrukturu və obyektlərinə zərbə endirildi”.

Bizim.Media xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında deyilir.

Məlumata görə ABŞ-ın İrana hücumundan bir saat sonra Küveytdəki Arifcan və Əli əs-Salim, eləcə də Bəhreyndə Cüfeyr və Şeyx İsada yerləşən ABŞ bazalarının infrastrukturu və mühüm obyektləri raket atəşinə tutulub.

Bəyanatda İranın ABŞ ordusunun qanunsuzluqlarını cavabsız qoymayacağı, hücumlar təkrarlanacağı təqdirdə bölgədəki digər ABŞ bazalarının da vurulacağı bildirilir.

Qeyd edək ki, ABŞ ordusu gecə saatlarında İrana qarşı yeni zərbələr endirib və 90 hədəfə hücum edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin