Keçmiş məhkumlar eyni cinayətə görə yenidən TUTULDU – ƏMƏLİYYAT VİDEOSU

Hazırda oxunan: Keçmiş məhkumlar eyni cinayətə görə yenidən TUTULDU – ƏMƏLİYYAT VİDEOSU

624182

Lənkəran və Yevlaxda keçirilən növbəti tədbirlərlə əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan Anar Hüseynov, Asim Səfərov və Vüsal Ağahəsənov saxlanılıblar.

Bu barədə Bizim.Media-ya DİN-dən məlumat verilib.

Onlardan 76 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana və 2000 ədəd metadon həbi aşkarlanıb.

Saxlanılan şəxslərin xarici ölkələrdə yaşayan narkotacirlərin tapşırığı ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin