Yasamalda fərdi yaşayış evində yanğın oldu - VİDEO

Hazırda oxunan: Yasamalda fərdi yaşayış evində yanğın oldu - VİDEO

624161

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 200 m² olan sökülməkdə olan evin birinci mərtəbəsinin yanar konstruksiyaları 20 m², ikinci mərtəbəsi isə 80 m² sahədə yanıb.

Xəsarət alan olmayıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.


<iframe width="1013" height="570" src="//www.youtube.com/embed/z3dnKfvMoiU" title="July 8, 2026" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin