İtaliyalı bəstəkar: “Çahargah üzərində əsər yazanda Üzeyir bəydən faydalanmışam” - MÜSAHİBƏ

Hazırda oxunan: İtaliyalı bəstəkar: “Çahargah üzərində əsər yazanda Üzeyir bəydən faydalanmışam” - MÜSAHİBƏ

254220
Almaniyadakı Azərbaycan Mədəniyyəti Mərkəzinin sədri, bəstəkarxa0 Günay Mirzəyeva və həyat yoldaşıxa0 italiyalı bəstəkar və təşkilatçı Françesko Macio Modern.az saytına müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Günay xanım, sizi və həyat yoldaşınızı Azərbaycanda xoş gördük. Azərbaycanı Almaniyada necə təbliğ edirsiniz? Musiqilərimizi dinləməyə gəlirlərmi?

- Hər dəfə Azərbaycana həsr olunmuş layihə həyata keçirəndə almanlar daha çox bizi dinləməyə gəlir. Musiqimizlə həm almanları, həm də italyanları heyrətləndirə bilirik. Konsert zamanı həm muğamlarımıza, həm də xalq və bəstəkar mahnılarımıza yer veririk. Tez-tez almanlar üçün musiqi alətlərimizlə bağlı master-klasslar keçiririk. Çünki musiqi alətlərimiz haqqında çox az informasiyaya malikdirlər.

- Bildiyiniz kimi, futbolda olduğu kimi, musiqidə də siyasi çalarlar var. Cənubi Qafqaz regionunun münaqişə ocağı olduğunu, Qarabağ probleminixa0 almanlara çatdıra bilirsinizmi?

- Düzü siyasətdən danışmağa çətinlik çəkirəm. Çünki siyasətlə yaxınlığım yoxdur. Ancaq musiqilərimlə Qarabağ münaqişəsini tanıtmağa çalışıram. Azərbaycan həqiqətlərini mədəni formada Almaniyada, İtaliyada təbliğ edirik. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyası çərçivəsində hər il dünyanın bir çox ölkələrində silsilə tədbirlər keçirilir. Təbii ki, biz də öz dəstəyimizixa0 göstəririk. Hətta həyat yoldaşım Françesko Maceo Xocalıya həsr olunmuş musiqi əsəri də yazıb. Təbii ki bütün tədbirlərimizəxa0 alman vətəndaşları qatılır. Amma siyasətdən danışmaq mənim sahəm deyil.


- Musiqi də mədəniyyətin bir növüdür. Elə musiqi vasitəsilə də siyasi məsələləri diqqətə çatdırmaq mümkündür.

- Əlbəttə. Musiqi vasitəsilə buna nail olduğumuzu deyə bilərəm.

-Almaniyada qaçqın düşərgələri mövcuddur. Xüsusilə suriyalılar barədə neqativ hallara yol verildiyi söylənilir. Müşahidə edərkən hansı qənaətə gəlirsiniz?

- Suriya qaçqınları orada daha çox məskunlaşıb. Yenə də söhbət siyasi müstəviyə doğru gedir. Detalları barədə danışa bilməyəcəyəm. Mənə görə çətin suallardır.

- O zaman başqa suallara keçid edək. Dediniz ki, musiqi təhsilinizixa0 Almaniyada davam etdirmisiniz.xa0 Belə anladım ki, əsas fəaliyyətiniz də elə tələbəlik illərinizdən başlayıb.

- Uzun illərdir ki, Almaniyada yaşayıram. Musiqi təhsilimi də orada almışam. Bakıdakı musiqi konservatoriyasını bitirib Almaniyada magistrxa0 təhsili almışam. 3 il olar ki, Almaniyada Azərbaycan Mədəniyyət Mərkəzini yaratmışam.

- İtaliyalı Françesko ilə tanışlığınız da bizim üçün maraqlıdır.

- Eyni musiqi məktəbində, eyni müəllimdən dərs almışıq. Elə ilk tanışlıqdan bizi musiqi, mədəniyyətxa0 birləşdirib. Ona görə də aramızda sevgi və münasibət baş tutub. Onu da deyim ki, Françesko Azərbaycanı çox sevir. Hər ikimiz bəstəkarıq və ayrı-ayrılıqda təşkilat rəhbərləriyik. Azərbaycana tez-tez səfər edirik. Çünki fərqli layihələr həyata keçiririk. Konsertlər keçiririk. Azərbaycana həsr olunmuş layihələrlə tamaşaçı qarşısına çıxırıq. Bu təkcə musiqi yaxınlığı deyil, həm də ölkələrarası əlaqələrinxa0 güclənməsidir.

- Bir evdə eyni anda İtaliya və Azərbaycan mətbəxinəxa0 yer verə bilirsinizmi?

- Hər iki ölkənin mətbəxinə yer veririk. Bir gün Azərbaycan, bir gün də İtaliya mətbəxinin dadına baxırıq. Amma bizi birləşdirən əsas məsələ musiqidir. Çünki musiqinin daxilində bizə yaxın olan bir çox çalarlar var.

- Azərbaycan ənənələrinə uyğun davransaq, bir qızın xarici vətəndaşla nikaha girməsi birmənalı qarşılanmır. Ən azından, din fərqi əsas gətirilir. Sizin Françesko ilə ailə həyatı qurmağınıza ailələriniz necə razılıq verdi?

- Çox normal. Atam da musiqiçidir. Məşhur bəstəkar Musa Mirzəyevdir. Dünyanı gəzmiş insandır. Ona görə də italiyalı insanla ailə qurmağım ailəm tərəfindən normal qarşılandı.

- Yeri gəlmişkən, Françeskonun daxa0 Azərbaycanla bağlı düşüncələrini öyrənmək istəyirik.xa0 Françesko, Azərbaycanda özünüzü necə hiss edirsiniz?

- Əla deyə bilərəm. Azərbaycanda dəfələrlə olmuşam. İnsanlarınızxa0 italyanlara çox bənzəyir.xa0 Ölkəniz zəngin mədəniyyətə, tarixə malik ölkədir. Bu da biz avropalıları, italyanları çox cəlb edir. İtaliya ilə Azərbaycan fərqli ölkələr olsa da, bizi bir çox məsələlər birləşdirir. Məsələn, nümunə kimi Qobustan qayaüstü rəsmlərini götürmək olar. Hətta, qayaüstü rəsmlərdən ilhamlanaraqxa0 “Qobustan” əsəri yazmışam. Demək olar ki, mən də Günay xanım kimi, diaspor sahəsində çalışıram. Almaniyada “İtaliya mədəniyyət və idman mərkəzi”nin rəhbəriyəm.

- Xarici qonaqlardan mütləq mətbəximiz barədə də soruşuruq. Siz necə bizim mətbəximizi bəyənirsizmi? Xüsusi sevdiyiniz yeməklərimiz varmı?

- Badımcan yeməklərinizi və zeytununuzu xüsusi sevirəm. Onu deyə bilərəm ki, sizin badımcan tərəvəziniz İtaliyadakı badımcandan daha dadlıdır. Badımcan dolmanız da çox dadlıdır.

- Musiqiçi olduğunuz üçün bizim musiqilərə də marağınızı öyrənmək istərdik. Hansı muğam ifaçımızı tanıyırsız?

- Çahargah üzərində bir əsər də yazmışam. Onu yazmadan öncə Üzeyir Hacıbəyovun əsərlərindən faydalanmışam. Alim Qasımovun ifasını çox bəyənirəm. Hətta onunla bir neçə dəfə görüşmüşəm. Azərbaycanın üç rəngli bayrağına musiqi yazmışam. Düşünürəm ki, sevgi olmasa bu əsərlər yazıla bilməz.

- Günay xanım, bir az da Almaniyaya necə getməyiniz barədə danışın. Almaniyadaxa0 təhsil almağınız necə baş verdi?

- Almaniyaya getməyim cənab prezident İlham Əliyevin təşəbbüsü ilə baş vermişdi. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramının prezident təqaüdçüsü, Ştutqard konservatoriyasının, Roma Santa-Çeçiliya Konservatoriyasının və Karlsrue konservatoriyasının məzunuyam. Hətta, dünya şöhrətli bəstəkar, professor Volfqanq Rimin sinfində bəstəkarlıq üzrə doktor dərəcəsi almışam

- Tez-tez səfər edə bilirsinizmi ölkəmizə?

- Əlbəttə. Konsertlər vermək üçün mütəmadi olaraq bura gəlirik. Səfirliyin dəstəyi ilə çoxlu layihələr edirik. Almaniyanın bir neçə şəhərində maraqlı konsertlər veririk. Onu da deyim ki, Azərbaycanın mədəniyyət tarixi dünyada yayılıb inkişaf edir. Biz də çalışırıq ki, xaricdə yaşadığımız müddətdə ölkəmizi, mədəniyyətimizi, dəyərlərimizi tanıdaq.xa0

- Qayıdaq diaspor fəaliyyətinizə. 3 ildir ki, təşkilat yaratmısız. Əvvəlki diasporla bugünkü arasında hansı fərqləri müşahidə edirsiz?

- Fərqi bu gün daha çox hiss edirəm. Çünki əvvəllər yaxınlıq yox idi. Özümüzü Diaspor Komitəsinə yad hesab edirdik. İndi isə gördüyünüz kimi Azərbaycanda konsert layihələri həyata keçirməyə gələndə mütləq Komitəyə də baş çəkirik. Komitənin sədri Fuad Muradov xaricdə fəaliyyət göstərən hər bir azərbaycanlıya dəstək olur. Səsimizi, problemlərimizi dinləyir. Fuad Muradovun komitəyə sədr təyin olunmasından sonra yeniliklər gözə dəyir. Bir çox ölkələrdə, soydaşlarımızın təşəbbüsü ilə, Koordinasiya Əlaqələndirici Şuralar yaradılıb.

Düşünürəm ki, bu, ölkəmiz üçün çox böyük addımdır. Gələcəkdə bu istiqamətdə maraqlı tədbirlər həyata keçiriləcək. Əvvəllər pərakəndəlik vardı. Amma Koordinasiya Şuralarının yaradılması pərakəndəliyi aradan qaldıracaq. Eyni zamanda, İşçi qrupları da fəaliyyətə başlayıb. Bu da xaricdə yaşayan azərbaycanlıların bir mərkəzdən idarə olunmasına imkan verəcək.xa0

Birgə işlərin nəticəsində ölkəmiz daha çox tanınacaq. Bu cür uğurlu işlərə görə Komitə rəhbərliyinə təşəkkür edirik. Eyni zamanda, ən böyük arzumuz diaspor təşkilatımızın dünyada tanınmasıdır. Bu ideyanı alqışlayırıq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin