Qubad İbadoğlu: -“Bu, o demək deyil ki, mübarizə başa çatdı”

Hazırda oxunan: Qubad İbadoğlu: -“Bu, o demək deyil ki, mübarizə başa çatdı”

215487
İqtisadçı-alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlunun ABŞ-ın nüfuzlu Princeton Universitetindəki tədris proqramı gələn ay başa çatır. Neçə aylardır ABŞ-da olsa da, Q.İbadoğlu Azərbaycanın sosial-iqtisadi və siyasi həyatında gedən prosesləri yaxından izləyir. Buna görə də onunla söhbətimizdə ölkədə gedən ən ciddixa0 proseslərə toxunmağa çalışdıq:

- Qubad bəy, Azərbaycanın vergi sistemində islahatlar başlayır. Sizcə, islahatlar hansı istiqamətdə getməlidir?

- Əslində Azərbaycan prezidentinin 2016-cı il 4 avqust tarixli sərəncamı ilə həmin il vergi sahəsində aparılacaq islahatların istiqamətləri müəyyənləşmişdi. Həmin istiqamətlər arasında kifayət qədər mütərəqqi hesab olunacaq məsələlər də vardı. Orada 21 istiqamətdən söhbət gedirdi, onlardan bir qismi artıq icra edilib. Məsələn, Azərbaycanda taxfree sistemi yox idi, indi hava limanında, digər sərhəd-buraxılış məntəqələrində bu sistem tətbiq olunur. Amma təəssüf ki, o sərəncamın bir çox bəndləri hələ də icra olunmayıb. Məsələn, onların arasında ictimai məlumatlandırma mexanizminin hazırlanması nəzərdə tutulurdu. Digər bir sıra tədbirlər, o sıradan nümunəvi vergi ödəyicilərinin açıqlanması da həyata keçirilməyib. Bu baxımdan, vergi sistemində islahatların davam etdirilməsi zəruridir. Eyni zamanda paralel olaraq ədliyyə-məhkəmə sistemində də islahatlar aparılmalı, məhkəmələrin müstəqilliyi təmin olunmalıdır. Bildiyiniz kimi, vergi məsələləri ilə bağlı mübahisəli proseslərdə məhkəmələr əksər hallarda vergi orqanlarının mövqeyindən çıxış edirlər. Buna görə də vergi ödəyiciləri arasında hüquqlarını məhkəmə yolu ilə müdafiə etməyin mümkünlüyünə inam azdır. Bu isə vergi orqanı ilə münasibətlərdə ödəyicilər üçün qeyri-bərabər şəraitin formalaşması deməkdir. Ümumilikdə isə vergi qanunvericiliyində bir çox təkmilləşmələr olmalıdır. Biz Vergilər Nazirliyinə dəfələrlə təklif vermişik. Məsələn, onlardan biri patent vergi sisteminin tətbiqidir. Bu sistem xidmət, ticarət, ictimai iaşə və digər bəzi sahələrdə vergi əməkdaşları ilə ödəyicilər arasında birbaşa təmasları azaldar, ödəyicilərin daha azad, daha sərbəst fəaliyyətinə imkan yaradar. Elektron auditin tətbiqi genişləndirilməlidir. Ümumiyyətlə, vergi yoxlamalarına son qoyulmalı, audit fəaliyyəti genişləndirilməlidir. Auditorlar Palatasından lisenziya almış müstəqil auditorların fəaliyyəti stimullaşdırılmalıdır.

- Azərbaycanda vergi yükünün böyük olduğu deyilir. Dünya ölkələrinə baxanda bizdə vəziyyət necədir?

- Vergi dərəcələrinin rəqabətliliyi baxımından Azərbaycan region ölkələri arasında aşağı mövqeyə malikdir. Azərbaycandakı vergi yükü region ölkələri ilə müqayisədə yuxarıdır, demək olar ki, 40 faizə çatır.xa0 Qazaxıstanda bu göstərici 29,2 faiz, Gürcüstanda 16,4 faizdir. Təsəvvür edin, Gürcüstanda vergi yükü Azərbaycandan 2,5 dəfə aşağıdır. Hesab edirəm ki, Azərbaycanda vergi yükünün optimallaşdırılması vergi islahatlarının əsas hədəflərindən biri olmalıdır. Həm sektorlar, həm şirkətlər, həm fərdi ödəyicilər, həm dövlət sektoru üzrə potensial vergi yükü dəqiq müəyyənləşdirilməlidir. Vergi potensialı ilə vergi dərəcələri arasında əlaqələr iqtisadiyyatın strukturuna, inkişaf perspektivlərinə, bazar konyukturasına, eyni zamanda bütövlükdə sahibkarların durumuna adekvat şəkildə olmalıdır. Vergi dərəcələri əsaslandırılmış olmalıdır, elə olmalıdır ki, şirkətlər, fərdlər üçün problem yaratmasın. Həmin vergi öhdəliyi şirkətlərin, fərdlərin vergi mədəniyyətinin formalaşdırılmasına xidmət etsin. Bu yaxınlarda ABŞ-da bu istiqamətdə müəyyən dəyişikliklər baş verdi. İlin sonunda prezident Trampın vergi islahatı planına uyğun olaraq vergi dərəcələri xeyli aşağı salındı, həm korporativ vergi dərəcələri, həm də fərdlərin gəlirlərindən olan vergilərin dərəcələrində azalma müşahidə olundu. Düşünürəm ki, Azərbaycanda da bu sahədə islahatlara ehtiyac var. Xüsusilə də Əlavə Dəyər Vergisi yüksəkdir, onun diferensiallaşdırılmasına ehtiyac var. İdxal mallarından yalnız bir növ vergi tutulmalıdır. Halbuki bizdə elə mal var ki, həm aksiz, həm rüsum, həm də ƏDV tutulur. Bu, əslində ikiqat vergiyə cəlb olunmaqdır. Məsələn, ölkəyə avtomobil gətirəndə onun gömrük dəyərinin üzərinə rüsumlar əlavə olunandan sonra cəmi məbləğdən ƏDV hesablanır. Bu isə o deməkdir ki, ƏDV həm də rüsumdan tutulur. Belə hallar yolverilməzdir və aradan qaldırılmalıdır. Vergi rejiminin sabitliyi dəxa0 mühüm məsələdir. Hesab edirəm ki, islahatların bir istiqaməti də bununla bağlı olmalıdır, sahibkarlar bilməlidir ki, yaxın müddətdə hansı dəyişikliklər olacaq və bu dəyişikliklər onların maliyyə təsərrüfat fəaliyyətinə necə təsir göstərəcək. Vergi sahəsində islahatların mühüm bir istiqaməti vergi ödəyicilərinin fəaliyyətinin şəffaflığına, onlarda vergi mədəniyyətinin inkişafına yönəlməlidir. Prezidentin 2016-cı ilin avqust sərəncamında bununla bağlı bəndlər vardı. Lakin indiyədək həmin bəndlərin icrası sahəsində əhəmiyyətli iş görülməyib. Bildiyiniz kimi, Azərbaycanda vergi ödəyicilərininxa0 ödədikləri verginin məbləği açıqlanmır, bu məlumatxa0 kommersiya sirri hesab olunur. Onun açıqlanması könüllüdür. Yəni vergi ödəyicisi istəyərsə özü açıqlaya bilər. Düşünürəm ki, bu məlumat ictimaiyyətə açıq olmalıdır ki, bütünxa0 vergi ödəyicilərinin ödənişləri barədə cəmiyyətdə dürüst məlumat olsun. Bu, həm də onların fəaliyyətinin qiymətləndirilməsi üçün imkanlar yaradar, yaxşı vergi ödəyən şirkətlər ictimai etimad qazanar.

- Son vaxtlar sahibkarlığın maliyyəyə kəskin ehtiyacının olduğu hər sahədə açıq hiss olunur. Bir çox ekspertlər Neft Fondu vəsaitlərinin bir qisminin sahibkarlığın maliyyələşməsinə yönəldilməsini təklif edirlər. Bu variant səmərəli ola bilərmi?

“Neft Fondun vəsaitlərinin yerlixa0 sahibkarlarınxa0 xa0kreditləşməsinə yönəldilməsinin əleyhinəyəm”
Son vaxtlar bankların kreditləşmə imkanlarının azalması, problemli kreditlərin həcminin artması və sair səbəblər üzündən sahibkarlıq subyektlərinin maliyyə mənbələrinə çıxış imkanlarıxa0 məhdudlaşıb. Amma hesab eləmirəm ki, burada problem maliyyə ilə bağlıdır. Məncə,xa0 mövcud maliyyə resurslarının səmərəli idarə olunmur. Ona görə də düşünmürəm ki, Dövlət Neft Fondunun vəsaitlərinixa0 bu məqsədlə istifadə etmək lazımdır. Əksinə, indiki qeyri-şəffaf və hesabatsızxa0 idarəetmə şəraitində Neft Fondundan vəsaitlər də ayrılsa, səmərəsiz şəkildə xərclənə, israf edilə bilər. Hesab edirəm hazırkı şəraitdə sahibkarlar üçün başlıca problemlədən biri aşağı kredit faizləri ilə uzun müddətlixa0 maliyyə resurslarına çıxış imkanlarının təmin olunmasıdır.xa0 Sadəcə olaraq, bu istiqamətdə mövcudxa0 təşəbbüslər davam etməli və yeni şəraitə uyğunlaşdırılmalıdır. Əlbəttə, Dövlət Neft Fondu da burada bir mənbə kimi çıxış edə bilər. Lakin mən Fondun vəsaitlərinin ölkə daxilində yerlixa0 sahibkarlığın birbaşaxa0 kreditləşməsinə yönəldilməsinin əleyhinəyəm. Hesab edirəm ki, vergi islahatları aparılmadan, ölkədə sahibkarlıq mühiti yaxşılaşdırılmadan,xa0 şəffaf, açıqxa0 vəxa0 rəqabət qabiliyyətli iqtisadiyyat formalaşdırmadan buna getmək olmaz. Sahibkarlığa Kömək Milli Fondu uzun illər boyu sahibkarlığa böyük həcmdə vəsaitlər yönəldilib. O fondun şərtləri sahibkarlar üçün əlverişlidir, amma reallıq budur ki, orda da resursların idarə olunmasında çətinliklərxa0 var. Buna görə də onların verdiyi vəsaitlərin bir hissəsi geri qayıtmır.

- Gələk siyasi fəaliyyətinizə. Prezident seçkisinin 6 ay irəli çəkilməsi planlarınızda hər hansı dəyişikliyə gətirib çıxardımı?

- Seçkilərin irəli çəkilməsi ADR Hərəkatının uzunmüddətli proqramlarına ciddi təsir göstərməsə də təbii ki, bizi bu il üçünxa0 nəzərdə tutduğumuz fəaliyyət proqramımızda əhəmiyyətli dərəcədə dəyişikliklərə məcbur etdi. Biz bir ictimai təşkilat olaraq Azərbaycanın demokratikləşməsini, Azərbaycanda vətəndaşların rifah halının yaxşılaşmasını qarşımıza məqsəd qoymuşuq. Və bunun həyata keçirilməsində prezident seçkisini, parlament və bələdiyyə seçkilərini də bir vasitə kimi görürük. Bizim üçün vacib olan məsələlərdən biri bu seçkilərin demokratikxa0 təşkil olunması, onların şəffaf və ədalətli keçirilməsidir. Əlbəttə ki, seçkiqabağı mühit, seçkilərə hazırlıq üçün müddət və resurslar da bundan az əhəmiyyət daşımır.xa0 Növbədənkənar seçkilərə qısa müddət ayrılmasıxa0 belə ciddi vəzifələrin reallaşdırılmasına xeyli çətinliklər yaratdı. Ona görə də bizxa0 ADR Hərəkatı olaraqxa0 bu prosesdə iştirakdan imtina etdik. Lakin bu o demək deyil ki, mübarizə başa çatdı. Əslində bu da yeni bir mərhələnin başlanğıcıdır. Biz bilirik ki, demokratiya və azadlıqların təminatı uğrunda mübarizə uzun müddət tələb edir. Odur ki, ADR Hərəkatı olaraq orta və uzunmüddətli dövrdə Azərbaycanın demokratikləşməsi uğrunda mübarizəmizi davam etdirəcəyik. Bu sahədə planlarımız və proqramlarımız qüvvəsində qalır.

- ADR-in proqramlarının təqdimatı başlayacaq demişdiniz. Proqramlar hazırdırmı, bu sahədə işlər nə yerdədir?

- Biz proqramlarımızın təqdimatını seçki ilə əlaqələndirmiş şəkildə həyata keçirməyi planlaşdırırdıq. Seçkilər vaxtından əvvəl və qısa zaman ərzində keçirildiyi üçünxa0 orda iştirakdan imtina bu sahədə də planlara təsir edib.xa0 İndi düşünürük, yeni dövr üçün hazırkı situasiyanın çağırışları və tələbləri nəzərə alınmaqla proqramlar işlənilməli və onlarxa0 Azərbaycanın indiki durumu və gələcək perspektivləri ilə əlaqələndirilməlidir. Odur ki, seçkini izləyib, ondan sonrakı dövrün tələblərini nəzərə alıb, bu ilin ikinci yarısında hazırladığımız proqramları ictimaiyyətə təqdim edəcəyik.

- Avropa və digər ölkələrdə Azərbaycan hakimiyyətinə qarşı bir çox hallarda təhqiramiz xarakter alan video-müraciətlər və aksiyalar keçirildi. Bunları necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, Azərbaycan hakimiyyəti ölkəni tərk etmiş vətəndaşlarıyla münasibətlərin gərginləşməsinə rəvac verməməlidir. Xüsusilə də əsassız araşdırmalar vəxa0 günahsız insanlara təzyiqlər dayandırılmalıdır. Hakimiyyət həm ölkə daxili və həm də xaricində olan tənqidi fikirlərə dözüm nümayiş etdirməlidir, ölkə vətəndaşlarının mənəviyyatına, ailəsinə toxunan hallara yol verməməlidir.xa0 Çünki xaricdə yaşayanların çıxışlarına görə onların ailə üzvlərininxa0 əsassız təzyiqlərə məruz qoyulması, həbs olunması, qohumlarından imtinaya təhrik edilməsi vəziyyəti daha da gərginləşdirir və xaricdə olanları radikal mövqeyəxa0 sövq edir. Siyasi mübarizəninxa0 əxlaq və mənəviyyat üzərində qurulmasının tərəfdarıyam.

Amma məlumdurxa0 ki,xa0 mübarizəni fərdi müstəviyə gətirəndə, onaxa0 şəxsi və düşmənçilik xarakteri verəndəxa0 əxlaq və mənəviyyat məsələlərixa0 arxa plana keçir. ADR Hərəkatı müstəvisində mübarizə əxlaq və mənəviyyata söykənir. Mən həmişə sağlam mübarizənin tərəfdarı olmuşam, indiyə qədər olanxa0 fəaliyyətimdə də ona önəm vermişəm. Hesab edirəm ki, baş verənləri birtərəfli qaydada qiymətləndirmək düzgün deyil. Hakimiyyət daha çox imkanlara, resurslara malikdir ki, bu problemləri sağlam və əxlaqlı mübarizə örnəyi göstərməklə çözsün. Çalışmaq lazımdır ki,xa0 siyasi rəqiblərlə mübarizə zamanıxa0 ailə dəyərlərinə, mənəviyyata, hissiyyata toxunacaqxa0 vasitələrdən istifadə olunmasın, belə hərəkətlərəxa0 yolxa0 verilməsin. Hesab edirəm ki, siyasi mübarizə aparmaq iddiasında olan hər kəs bunu əxlaqlı çərçivəsində, sağlam formada davam etdirməlidir.(0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin