Türkiyənin Muğla vilayətində zəlzələ oldu

Hazırda oxunan: Türkiyənin Muğla vilayətində zəlzələ oldu

614999

Türkiyənin Muğla vilayətində zəlzələ olub.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
 

Bildirilib ki, Datça rayonundan 135 kilometr aralıda, Egey dənizində 4,3 maqnitudalı zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 16:34-də qeydə alınıb.


Məlumata görə, zəlzələnin ocağı 12,4 kilometr dərinlikdə olub. Təkanların ətraf ərazilərdə də hiss olunduğu bildirilir.

Dağıntı və ya xəsarətlə bağlı rəsmi məlumat açıqlanmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin