Rusiya Prezidenti Vladimir Putin Çinə rəsmi səfərini yekunlaşdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Rusiya prezidenti təyyarənin göyərtəsinə qalxaraq Pekini tərk edib.
Mayın 19-da Putin iki günlük səfərlə Pekinə gəlmişdi. Rusiya prezidentini hava limanında dövlət başçısı Si Cinpindən sonra Çinin ən çox tanınan ikinci siyasətçisi olan Xarici İşlər Naziri Van İ qarşılamışdı.
Ertəsi gün Putin Çin Xalq Respublikasının sədri ilə danışıqlar aparıb və respublikanın Dövlət Şurasının Baş naziri Li Tsian ilə görüşüb.
Qeyd olunub ki, Rusiya-Çin danışıqları nəticəsində 40-dan çox sənəd imzalanıb.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun bildirdiyinə görə, Vladimir Putin və Si Cinpin söhbət zamanı energetika sahəsindəki layihələr və "daha çox mühüm olan başqa bir şey" barədə razılığa gəliblər.
Bizim.Media





































































































