Lavrovdan jurnalistə: “Telefonunuzu verməsəniz, silah çıxaracaqlar”– VİDEO

Hazırda oxunan: Lavrovdan jurnalistə: “Telefonunuzu verməsəniz, silah çıxaracaqlar”– VİDEO

613351

Hindistanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Nyu-Dehlidə baş tutan mətbuat konfransı zamanı maraqlı hadisə yaşanıb.

Bizim.Media xəbər verir ki, Lavrov brifinq zamanı ona mane olan jurnalistin zaldan çıxarılmasını istəyib.
 

Belə ki, jurnalistin telefonundakı tərcümə proqramı xarici işlər nazirinin çıxışına mane olub. Lavrov əvvəlcə jurnalistdən zalı tərk etməsini xahiş edib, sonra isə mühafizə xidmətindən onun zaldan çıxarılmasını istəyib. 


Jurnalist telefonunu təhvil vermək istəmədikdə isə Lavrov onu zarafatla hədələyib.

“Əgər telefonunuzu verməsəniz, onlar silah çıxaracaqlar”, - Lavrov mühafizə xidməti əməkdaşlarına işarə edərək bildirib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin