ABŞ Prezidenti Donald Tramp "Azadlıq Layihəsi"ni niyə dayandırdıqlarını açıqlayıb.
Bizim.Media xəbər verir ki, ABŞ lideri jurnalistlərə açıqlamasında bu barədə danışıb.
O qeyd edib ki, əməliyyatı dayandırmasına səbəb Pakistan rəhbərliyinin istəyi olub.
“Pakistanın fantastik rəhbərliyi var. Onların liderləri, o cümlədən baş naziri, feldmarşal fantastik insalardır. Onlar istədiyi üçün layihəni dayandırdıq. Amma lazım gəlsə, yenidən buna qayıdacağıq”, - deyə Tramp qeyd edib.
Xatırladaq ki, mayın 4-də ABŞ Hörmüz boğazında ilişib qalmış neytral xarici gəmilərin azad edilməsinə kömək məqsədilə “Azadlıq Layihəsi” adlı əməliyyata başladığını elan edib. Cəmi iki gün sonra - mayın 6-da isə layihə dayandırılıb.
Bizim.Media





































































































