Zelenski Kobaxidze ilə görüşdü: Son beş ildə ilk dəfə - VİDEO

Hazırda oxunan: Zelenski Kobaxidze ilə görüşdü: Son beş ildə ilk dəfə - VİDEO

611077

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Siyasi Birliyinin İrəvanda keçirilən VIII sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş Ukrayna tərəfinin təşəbbüsü ilə baş tutub. Tərəflər iki ölkə arasındakı münasibətləri müzakirə ediblər.

Görüşdə Gürcüstan və Ukraynanın xarici işlər nazirləri də iştirak ediblər.

Qeyd olunur ki, bu, Gürcüstan və Ukrayna rəhbərliyi arasında son beş ildə ilk belə görüşdür. İki ölkə nümayəndələri sonuncu dəfə 2021-ci ilin avqustunda Kiyevdə keçirilən rəsmi səfər zamanı görüşmüşdülər. Həmin vaxt Gürcüstanın o zamankı Baş naziri İrakli Qaribaşvili Zelenski ilə danışıqlar aparmışdı.
 

Xatırladaq ki, 2022-ci il fevralın 25-də Qaribaşvili Gürcüstanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmadığını bildirmişdi. O, bunu ölkəsinin milli maraqları ilə izah etmişdi.


Bundan sonra, 2022-ci ilin martında Zelenski Gürcüstan hakimiyyətinin sanksiyalarla bağlı mövqeyinə görə Ukraynanın Tbilisidəki səfirini geri çağırmışdı.

Gürcüstan müxalifəti də hökumətin bu qərarını tənqid etmiş, hakimiyyəti Rusiya ilə əməkdaşlıqda ittiham etmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin