İt də getdi, ip də... – 140 manat ödədi, ortada nə xoruz var, nə fərə - VİDEO

Hazırda oxunan: İt də getdi, ip də... – 140 manat ödədi, ortada nə xoruz var, nə fərə - VİDEO

609588

Sosial şəbəkənin heyvandarlıq sahəsi üzrə fəaliyyət göstərən qrupunda dələduzluq iddiası ortaya çıxıb.

Bizim.Media xəbər verir ki, zərərçəkmiş şəxsin sözlərinə görə, “Facebook” platformasında özünü Samir Məmmədov kimi təqdim edən istifadəçi “Xarkov” cinsindən olan 5 fərə və 1 xoruzu 140 manat qiymətinə satışa çıxarıb.

Alıcı məhsulun rayona göndərilməsi ilə bağlı razılaşdıqdan sonra satıcı ilə “WhatsApp” vasitəsilə əlaqə saxlayıb.

İddialara əsasən, satıcı tərəfindən təqdim edilən bank kartına ödəniş edildikdən sonra məhsul göndərilməyib. Hadisədən 10 gündən artıq vaxt keçməsinə baxmayaraq, qarşı tərəf müxtəlif bəhanələr gətirərək göndərişi gecikdirir. Bildirilir ki, satıcı gah sürücünün məhsulu aparmadığını, gah da şəxsi problemləri olduğunu əsas gətirir.
 

Zərərçəkmiş həmçinin qeyd edir ki, həmin şəxslə telefon əlaqəsi qurmaq mümkün olmur, “WhatsApp” yazışmalarına isə gec-gec cavab verilir. Ağstafa rayonundan olduğu bildirilən satıcının göyərçin alveri ilə məşğul olduğu deyilir. 


Zərərçəkmiş satıcı ilə bütün yazışmalarının, ödəniş qəbzlərinin və bank məlumatlarının mövcud olduğunu vurğulayıb. O, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət edəcəyini bildirib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin