Bakı-Quba yolunda bir maşın qarğıdalı YOLA TÖKÜLÜB - VİDEO

Hazırda oxunan: Bakı-Quba yolunda bir maşın qarğıdalı YOLA TÖKÜLÜB - VİDEO

608492

Bakı-Quba avtomobil yolunda maşından dağılan qarğıdalı dənələri sürücülərin diqqətini çəkib.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntü yayılıb.

Bildirilib ki, hərəkətin intensiv olduğu magistral yolda bir maşın qarğıdalı dənələri yola dağılıb.

Hadisənin baş verməsinə səbəb yük maşınının kuzovunun qapısının açılmasıdır.
 

Görüntülərdə diqqət çəkən əsas məqamlardan biri isə bəzi şəxslərin hərəkətin intensiv olduğu yolda dayanaraq dağılan qarğıdalı dənələrini toplamağa çalışması olub. Bu hal sürücülər üçün təhlükəli vəziyyət yaradıb.


Qeyd olunub ki, artıq yol təmizlənib və hərəkət nizamlanıb. (oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin