02 oktyabr 2013-cü il tarixdə Zərdab rayon mədəniyyət evində “Region Gənclərinin İnkişafına töhfə” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İlk dəfə seçkilərdə iştirak edəcək gənclər arasında maarifləndirmə işlərinin aparılması” adlı layihəsinin icrası məqsədi ilə təlim kecirildi. Moderator.az xəbər verir ki, layihənin əsas məqsədi seçkilərdə ilk dəfə iştirak edəcək gənclərə diqqəti daha da artırmaq və onların seçki maarifləndirilməsinə kömək etmək, region gənclərinin ictimai fəallığının artırılmasına dəstək olmaqdır. Zərdab rayon Gənclər və İdman İdarəsinin və 92 saylı Zərdab-Ucar dairə secki komissiyasının nümayndələrinin iştirak etdiyi təlimdə Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulan seçkilərdə iştirak hüquqları ilə bağlı ətraflı məlumat verildi.
Tədbirdə cixiş edən Zərdab Rayon Gənclər və idman idərəsinin rəisi İlkin Əliyev Ölkəmizdə keciriləcək Prezident seckiləri ərəfəsində gənclərin, xüsusi ilə də ilk dəfə seckilərdə iştirak edəcək gənclərin səsvermədə aktivliyinin artırılması və onların müstəqil secim hüquqlarının izahi baxımından bu kimi tədbirlərin önəmindən danışdı.
Tədbirdə təlimcilər tərəfindən
gənclərin səsvermədə iştiraklarının önəmi, secki məntəqələrində davranış
qaydaları, və səs vermə zamanı müstəqil secim hüququna malik olmaları barədə
maarifləndirici təlimlər kecirildi.
Tədbirdə mövzuya uyğun cap
olunmuş bukletlər, üzərlərində “9 oktyabır Prezident seckilərində iştirak edək”
şüarları yazılmış köynəklər və papaqlar paylandı.
Sonunda təlim kursunun bir
necə gün davam edəcəyinin və rayon ərazisində ilk dəfə seckilərdə iştirak
edəcək gəncləri əksər hissəsinin təlimlərə cəlb olunacağına calışılacağı qeyd
olundu.

































































































