Milli Şurada təmsil olunan Müsavat funksionerlərinin toplantısı keçiriləcək

Hazırda oxunan: Milli Şurada təmsil olunan Müsavat funksionerlərinin toplantısı keçiriləcək

37199
Müsavat Partiyasının Milli Şurada təmsil olunan funksionerləri toplantı keçirəcək.
 
Müsavat Divanın üzvü Tural Abbaslının APA-ya verdiyi məlumata görə, bu barədə Müsavat Partiyası Divanının ötən gün keçirilən iclasında qərar qəbul olunub.
 
T. Abbaslı qeyd edib ki, iclasda Milli Şuranın gələcək perspektivləri ilə bağlı fikrilər səsləndirilib və sonda qərara alınıb ki, bu həftə ərzində Müsavat Partiyasının Milli Şurada təmsil olunan üzvləri ilə görüş keçirilsin.
 
Onun sözlərinə görə, görüşdə Müsavat Partiyasının Milli Şura ilə bağlı tutacağı mövqe müzakirə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin