Niyə “Apple”-nin bütün şəkillərində saatlar “9:41”-i göstərir?

Hazırda oxunan: Niyə “Apple”-nin bütün şəkillərində saatlar “9:41”-i göstərir?

54856
“Apple” firması illərdir öz  məhsullarını bazara çıxararkən kiçik bir detaldan istifadə edir. Bir çox izləyicinin fikir vermədiyi bu detal firma üçün xüsusi əhəmiyyət daşıyır. Bu kiçik detal “iphone” ekranlarında saatın daim 9:41-i göstərməsidir. Telefon reklamlarına diqqət etsəniz, siz də bu detalı aydın görə bilərsiniz. Firmanın səlahiyyətli şəxslərindən olan Bob Borcher mediaya verdiyi açıqlamada bu detalın firma üçün olan əhəmiyyətini açıqlayıb: “Bilmirəm buna nə vaxtsa diqqət etmisiniz ya yox. Bütün “iphone”ların ekranında saat həmişə 9:41-i göstərir. Bunun səbəbi ilk “iphone”nun o saatta təqdim olunmasıdır. Ona görə bu gündən sonra “iphone”ların reklamı zamanı bu saatı görsəniz, təəccüblənməyin”.(bizimyol)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin