Hicri: 11 rəbiul axir 1435
İlin 42-ci günü
İlin sonuna 323 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06.28
Günəş - 07.39
Zöhr - 12.58
Əsr - 16.11
Məğrib - 18.24
İşa - 19.42
1725 ”” Rusiya Xarici İşlər Kollegiyası işğal olunmuş Xəzərətrafı ərazilərdə erməni əhalisinin yerləşdirilməsi barədə fərman verib. Bu, çar Rusiyasının ermənilər vasitəsilə Cənubi Qafqazda möhkəmlənmək siyasətinin ilk praktik addımı idi. Çar I Pyotr sələflərinə məhz bu siyasəti vəsiyyət etmişdi.
1829 ”” Rus səfiri, Aleksandr Qriboyedov, Tehranda qətlə yetirilib.
1847 ”” amerikalı elektrotexnik, ixtiraçı Tomas Alva Edison dünyaya gəlib.
1873 ”” İspaniyada Birinci Respublika bərqərar olub.
1914 ”” Xalq artisti Rəmziyyə Veysəlova dünyaya gəlib.
1920 ”” Bakı Fəhlə klubunun binasında qeyri-leqal şəkildə Azərbaycan kommunistlərinin birinci qurultayı başlayıb.
1920 ”” Fətəli xan Xoyski Rusiyanın xarici işlər naziri Çiçerinə ikinci cavab notasında Azərbaycanın müstəqilliyinin tanınması barədə məlumat verib.
1921 ”” Bakıda əməkçi qadınların I Qurultayı başa çatıb.
1935 ”” Zərbəçi kolxozçuların II Ümumittifaq qurultayı başlayıb.
1943 ”” Stalin sovet atom bombasının hazırlanması barədə göstəriş verib.
1945 ”” Stalin, Ruzvelt və Çörçillin iştirak etdiyi Yalta konfransı başa çatıb.
1948 ”” Sovet kinorejissoru Sergey Eyzenşteyn vəfat edib.
1953 ”” SSRİ İsrail ilə diplomatik əlaqələri kəsib.
1959 ”” Kiprin yunan və türk toplumları arasında Sürix sazişi imzalanıb.
1969 ”” amerikalı aktrisa Cennifer Eniston anadan olub.
1979 ”” İranın sonuncu baş naziri Şapur Bəxtiyar Fransaya qaçıb. İranda İslam İnqilabı tam qələbə çalıb.
1981 ”” Aktyor Möhsün Sənani vəfat edib.
1984 ”” Yevlax-Balakən dəmir yol xətti istifadəyə verilib.
1990 ”” Afrika Milli Konqresinin lideri Nelson Mandela 27 il sonra həbsdən azad edilib.
1992 ”” Azərbaycan Respublikası İspaniya ilə diplomatik əlaqələr qurmuşdur.
1992 ”” Erməni silahlı qüvvələri Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərini işğal ediblər.
2000 ”” Azərbaycan Respublikası Surinam ilə diplomatik əlaqələr qurmuşdur.
2000 ”” Prezident Heydər Əliyev Baş Dövlət Vergi Müfəttişliyinin ləğv edilməsi, onun bazasında Vergilər Nazirliyinin yaradılması barədə fərman verib. 11 fevral vergi xidməti işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
2004 ”” Prezident İlham Əliyev "Azərbayjan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında" fərman imzalayıb. Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində respublikanın bölgələrinin iqtisadi mənzərəsi köklü şəkildə yaxşılaşmış, geniş aqrar-sənaye, sosial, energetika və kommunikasiya infrastrukturu yaranmış, 700 mindən çox yeni iş yerləri açılmışdır.
2005 ”” Astronomlar tarixdə ilk dəfə doğma Qalaktikadan ayrılaraq, qalaktikalararası fəzaya uçan ulduz aşkar ediblər.
2006 ”” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə Rambuye sarayında ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan Prezidenti Robert Koçaryanla görüşüb.
2009 ”” Hərbi hava qüvvələri və HHM qoşunları komandanı general Rail Rzayev qətlə yetirilib.




































































































