Ev işi kişini "pozur" Âxa0- Qadınlara xəbərdarlıq

Hazırda oxunan: Ev işi kişini "pozur" Âxa0- Qadınlara xəbərdarlıq

163303

Moderator.az xəbər verir ki, mütəxəssislər kişiləri ev işinə məcbur etməyin onları cinsəllikdən, eyş-işrətdən uzaqlaşdırdığını bildirib. Qeyd ediblər ki, təmizlik etmək, yemək bişirmək, qab-qacaq yumaq kimi ev işləri ilə daha çox məşğul olan evli kişilərin bağçada işləyən və ya ustalıq, bənnalıq edən kişilərə nisbətən daha az sekslə məşğul olurlar.xa0

Bu maraqlı və düşündürücü məlumat Vaşinqton Universitetinin sosiologiya fakültəsində aparılan tədqiqat zamanı ortaya çıxıb. 4500 evli amerkalı cütlüyün iştirak etdiyi tədqiqat zamanı bəlli olub ki, kişilər və qadınlar ayda orta hesabla beş dəfə cinsi əlaqədə olur. Ənənəvi olaraq ev işlərini qadınların gördüyü cütlüklərin ev işlərinin çoxunu kişilərin gördüyü cütlüklərlə müqayisədə ayda 1.6 dəfə çox cinsi əlaqədə olduğu öyrənilib.xa0

Nəticələri "American Sociological Review" jurnalında nəşr olunan araşdırmanı dəyərləndirən mütəxəssislər qeyd edir ki, xa0ev işləri kişilərdə adi vəzifə halına çevriləndə qadının ərinə qarşı ehtirası azalır. Qadınlar ərlərinin evdə yardım etmələrini sevirlər, amma kişilərin yaxşı niyyətli cəhdləri onları daha çox yardım dostuna çevirir.xa0

Mütəxəssislər qadınlara xəbərdarlıq edirlər ki, işləyən qadın həyat yoldaşından daha çox ev işi görməsini xa0tələb edib, bunu tez-tez mübahisə mövzusu edərsə, kişilər yataqda sönük olacaqlar".xa0
xa0
xa0

Zəhra
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin