Daha 5 boksçumuz Avropa çempionatının 1/4 finalında - FOTO

Hazırda oxunan: Daha 5 boksçumuz Avropa çempionatının 1/4 finalında - FOTO

640862

Monteneqronun Budva şəhərində təşkil olunan U-17 Avropa çempionatında Azərbaycan millisinin daha 5 boksçusu adını 1/4 finala yazdırıb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Boks Federasiyasından bildirilib.

Həsrət Məmmədov (46 kq) Camal Dustiyevlə (Rusiya) gücünü yoxlayıb və 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb. Təmsilçimiz 1/4 finalda Kristian Mezeslə (Slovakiya) qüvvəsini sınayacaq.

Qardaş Rəhimov (54 kq) Şon Kellini (İrlandiya) məğlub edib. Boksçumuz rəqibinə 3:2 (28:29, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Nikita Beskaravayni (Belarus) ilə üz-üzə gələcək.
 

Əli Abaslı (60 kq) Zeki Uğurdan (Türkiyə) güclü olub. Hər 3 raundu xeyrinə bitirən milli üzvü yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb. Abaslı 1/4 finalda Aleksandru-Ahile Buhanuyukla (Moldova) döyüşəcək.


Yusif Həsənli (66 kq) Lukas Fulanoviçi (Xorvatiya) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). O, növbəti görüşündə Raul Barone (İtaliya) ilə münasibətinə aydınlıq gətirəcək.

Hidayət Məmmədov (70 kq) isə Joel Şutsa (İsveçrə) qalib gəlib - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Boksçumuz 1/4 finalda Sandro Tsimtsba (Rusiya) ilə qarşılaşacaq.

Boksçularımız 1/4 final döyüşlərinə oktyabrın 8-də çıxacaqlar.

Qeyd edək ki, daha öncə millimizin 6 idmançısı adını 1/4 finala yazdırıb, 3 boksçu isə 1/8 final döyüşünə çıxacaq.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin