Kürdəmirdə şəhidlərin abidəsi ziyarət edildi - FOTO

Hazırda oxunan: Kürdəmirdə şəhidlərin abidəsi ziyarət edildi - FOTO

639037

Kürdəmir rayonunda da 27 sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub.

Bizim.Media-nın Aran bürosunun verdiyi məlumata görə, Anım Günü ərəfəsində rayonun bütün yaşayış məntəqələrində şəhidlərimizin məzarları ziyarət edilib, ailələri ilə görüşlər keçirilib və ağacəkmə aksiyası təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli və digər rəsmilərlə birlikdə Şəhidlərin xatirə parkındakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
 

Rayon İcra Hakimiyyətinin başçısı 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızın əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirib.


Qeyd olunub ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, hər il sentyabrın 27-si ölkəmizdə şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq “Anım Günü” kimi qeyd edilir.




































Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin