Gəncə-Daşkəsən yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
xa0
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Göygöl rayonun Qızılca kəndi ərazisində Azərbaycanda fəaliyyət göstərən banklardan birinin inkassator maşını ilə “Ford Tranzit”x9d markalı avtomobil toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb.
xa0
Xəsarət alanlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
xa0
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
xa0
Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların şəxsiyyəti müəyyənləşib.
xa0
APA-nın qərb bürosunun verdiyi məlumata görə, inkassator avtomobilində olan bank işçiləri - 1988-ci il təvəllüdlü Samir Abdullayev, 1978-ci il təvəllüdlü İlyas Verdiyev və 1989-cu il təvəllüdlü Rufan Hümbətov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, oradan isə Gəncə Mərkəzi Klinik Xəstəxanasına aparılıblar.xa0



































































































