Zelenski "Maşa və Ayı"nın yaradıcılarına qarşı sanksiyalar tətbiq etdi

Hazırda oxunan: Zelenski "Maşa və Ayı"nın yaradıcılarına qarşı sanksiyalar tətbiq etdi

632235

Ukrayna prezidenti Volodimir Zelenski məşhur "Maşa və Ayı" animasiya serialının yaradılması və yayımında iştirak edən beş rusiyalıya və dörd təşkilata qarşı sanksiyalar tətbiq edib.
 
Bizim.Media xəbər verir ki, bu barədə Zelenskinin ofisinin saytında məlumat verilib.
 
Həmçinin animasiya serialının Ukraynada yayımlanması qadağan edilib.
 

"Cizgi serialının yaradıcısı, təsisçisi, baş direktoru, eləcə də ssenari müəllifi, rejissoru, prodüseri və istehsalçısı olan “Animaccord” studiyası sanksiyalar altındadır" - bəyanatda deyilir.


Qeyd edək ki, "Maşa və Ayı" ən populyar layihələrdən biridir. Onun yeddi dəqiqəlik bölümlərindən biri (ingilis dilində “Recipe for Disaster” adlanır) 4,6 milyarddan çox baxış toplayıb. "Maşa və Ayı" “YouTube”da ən çox izlənilən cizgi filmi/animasiya videosu kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin