Diqqət! Naxçıvanda gecə saatlarında işıqlar sönəcək

Hazırda oxunan: Diqqət! Naxçıvanda gecə saatlarında işıqlar sönəcək

632156

Avqustun 21-də 110/35/10 kV-luq "Koroğlu" yarımstansiyasında “AzərEnerji” ASC-nin Naxçıvan Enerji MMC tərəfindən aparılan yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Bizim.Media xəbər verir ki, “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) verilən məlumata görə, bununla əlaqədar, sabah saat 03:30-dan 04:30-dək Naxçıvan şəhərinin Abbas Zamanov, Gəray Əsədov, Behbud ağa Şahtaxtinski, Məmməd Səid Ordubadi, 1-ci və Sabir küçələrində, həmçinin 9, 10, 11, 7A, Qoçüstü və Yeni Naxçıvan məhəllələrində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
 

Qeyd edək ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir.


Görülən işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə yaşayan abonentlərin daha keyfiyyətli, etibarlı və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin