"İranın Livandakı səfiri Şeybaninin Livan ərazisində qalması dövlətin suveren qərarına ziddir və hüquqi baxımdan qeyri-mümkündür".
Bizim.Media xəbər verir ki, bu barədə Livan xarici işlər naziri Raci bəyan edib.
XİN başçısının sözlərinə görə, iranlı diplomatın vizasının qüvvədə olma müddəti bu il avqustun 24-də başa çatır.
Bununla belə, onun "persona non grata" (arzuolunmaz şəxs) elan edildikdən sonra ölkədə qalması tamamilə istisna olunur.
"Arzuolunmaz şəxs elan edilmiş diplomat ölkədə qalmağını davam etdirməyə imkan verən hər hansı hüquqi əsası itirir. Bu qayda daha əvvəl verilmiş viza və ya yaşayış icazəsinin olmasından asılı olmadan qüvvədədir", - Raci vurğulayıb.
Nazir qeyd edib ki, Livan hökumətinin bu qərarı qətidir, dərhal icra olunmalıdır və "hər hansı bəhanə ilə heç bir mülahizəyə, təfsirə və ya dəyişikliyə yol vermir".
Bizim.Media
































































































