Marneulidə azərbaycanlı merin qardaşı həbs edildi

Hazırda oxunan: Marneulidə azərbaycanlı merin qardaşı həbs edildi

632180

Gürcüstanda Bolnisi Rayon Məhkəməsi Marneuli bələdiyyəsində baş vermiş qrup halında zorakılıq faktı ilə bağlı Marneulinin azərbaycanlı meri Daur İsmayılovun qardaşı Kənan İsmayılov barəsində hökm çıxarıb.

Bizim.Media xəbər verir ki, “24News.ge” xəbər portalının yaydığı məlumata görə, məhkəmə Kənan İsmayılovu yeddi ay müddətinə azadlıqdan məhrum edib.

Bolnisi Rayon Məhkəməsindən bildirilib ki, hakim Qiorqi Qratiaşvilinin sədrliyi ilə keçirilən məhkəmə prosesi hökmün elan olunması ilə yekunlaşıb.

Məhkəmənin qərarına əsasən, Kənan İsmayılovun həbs müddəti aprelin 6-da saxlanıldığı tarixdən hesablanacaq.
 

İş üzrə daha üç nəfər barəsində isə iki il müddətinə şərti cəza təyin edilib. Prokurorluğun məlumatına görə, hadisə aprelin 6-da Marneuli bələdiyyəsində biznes fəaliyyəti ilə bağlı yaranan mübahisə zamanı baş verib.


İstintaq müəyyən edib ki, Kənan İsmayılov və onu müşayiət edən şəxslər zərərçəkmiş şəxsə xəsarətlər yetiriblər. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin