Tiktoker “Bəniz” azadlığa çıxır? – Vəkilindən açıqlama

Hazırda oxunan: Tiktoker “Bəniz” azadlığa çıxır? – Vəkilindən açıqlama

632196

"Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilova apellyasiya şikayəti verib.

Bizim.Media xəbər verir ki, bu barədə “oxu.az”a tiktokerin vəkili Salman Qasımlı məlumat verib.

Vəkil birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmadıqlarını və müvəkkilinin günahsız olduğunu bildirib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Aybəniz Xəlilova 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı isə məhkəməyə tiktokerin 11 il müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.
 

Qeyd edək ki, tiktokerə qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.


Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.

Qeyd edək ki, şikayətçi ilə tiktoker uzun müddət sevgi münasibətində olublar. Məhkəmə istintaqı dövründə isə zərərçəkmiş tiktokerdən şikayətçi olmadığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin