“Universitetə qəbul oldun” deyib aldada bilərlər - Abituriyentlərə xəbərdarlıq

Hazırda oxunan: “Universitetə qəbul oldun” deyib aldada bilərlər - Abituriyentlərə xəbərdarlıq

632177

Azərbaycanda ali məktəblərə ixtisas seçimi başa çatıb. 61 516 planlaşdırılmış yerə qarşı 87 139 abituriyentin seçim etməsi rəqabətin kifayət qədər yüksək olduğunu göstərir. Bu mənzərə fonunda xaricdə “atestatla qəbul” vədi verən şirkətlərin də aktivləşməsi valideynlər və abituriyentlər üçün diqqətçəkən məsələlərdəndir.

Bizim.Media “yenisabah.az”a istinadla xəbər verir ki, təhsil eksperti Məzahir Məmmədli bununla bağlı paylaşımında xaricdə təhsil seçərkən yalnız universitetə qəbulun deyil, sonrakı mərhələlərin də nəzərə alınmasının vacibliyini vurğulayıb.

Ekspertin sözlərinə görə, xaricdə təhsil almaq yaxşı seçim ola bilər, lakin əsas məsələ tələbəni sadəcə xarici universitetə yerləşdirmək deyil.

Universitetin tanınması, diplomun gələcəkdə tanınması, təhsilin keyfiyyəti və məzunun sonrakı karyera imkanları əvvəlcədən araşdırılmalıdır.
 

M.Məmmədli qeyd edib ki, əks halda bu gün “universitetə qəbul oldun” sevinci yaşayan gənc gələcəkdə diplomunun tanınması, təhsilini davam etdirməsi və ya işə qəbul zamanı ciddi problemlərlə qarşılaşa bilər.


Ekspert valideynlərə tələsik qərar verməməyə çağırıb və “100% qəbul”, “imtahansız qəbul”, “atestatla universitetə yerləşdirmə” kimi vədlərə kor-koranə inanmamağı tövsiyə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin