Anomal istilər Fransanın nüvə reaktorlarını sıradan çıxardı

Hazırda oxunan: Anomal istilər Fransanın nüvə reaktorlarını sıradan çıxardı

632208

Fransada davam edən anomal isti hava dalğası elektrik enerjisinin qiymətini son bir il yarımın ən yüksək səviyyəsinə yüksəldib.

Bizim.Media xəbər verir ki, kondisionerlərdən istifadənin artması tələbatı kəskin yüksəldib, "EPEX Spot" birjasında elektrik enerjisinin meqavat-saatı 177 avronu keçib.

Temperaturun yüksəlməsi külək və su elektrik stansiyalarında istehsalı azaldıb.
 

Ən böyük mənfi təsir isə nüvə enerjisi sektorunda qeydə alınıb. Çay sularının qızması reaktorların soyudulmasını çətinləşdirdiyindən, "Fransa Elektrik" (EDF) şirkətinin nüvə parkının 20 faizdən çoxu istifadədən kənarda qalıb.


EDF istilik dalğalarının risklərini neytrallaşdırmaq üçün növbəti 15 ildə 8,7 milyard avro sərmayə yatırmağı planlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin