Banqladeşin yeni prezidenti BƏLLİ OLDU

Hazırda oxunan: Banqladeşin yeni prezidenti BƏLLİ OLDU

632160

Banqladeş parlamenti avqustun 20-də ölkənin yeni prezidentini seçib. Bu vəzifəyə Mirzə Fahrul İslam Alamgir gətirilib.

Bizim.Media xəbər verir ki, bu barədə "Daily Star" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Banqladeş Millətçi Partiyasının (BNP) namizədi Mirzə Fahrul İslam Alamgir seçkilərdə 255 səs toplayaraq prezident seçilib. Onun rəqibi Oli Əhməd isə 88 səs qazanıb.

Banqladeş parlamentli respublika olduğu üçün prezident parlament üzvləri tərəfindən seçilir.
 

Ölkənin əvvəlki prezidenti Məhəmməd Şahabuddin Çuppu iyulun 24-də səhhəti ilə əlaqədar istefa verib. Çuppu hələ keçən ilin dekabrında ölkənin müvəqqəti hökuməti tərəfindən alçaldıldığını hiss etdiyi üçün istefa vermək istədiyini bəyan etmişdi.


Ölkə konstitusiyasına uyğun olaraq, yeni dövlət başçısı təyin olunana qədər prezidentin vəzifələrini müvəqqəti olaraq parlamentin spikeri Hafiz Uddin Əhməd icra edirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin