Cari ilin iyunun 30-na Azərbaycanda ipoteka kreditindən yararlanan 59 082 borcalanın 19 671-i və ya 33,3%-i subay şəxslər olub.
Bizim.Media bu barədə İpoteka və Kredit Zəmanət Fonduna (İKZF) istinadən xəbər verir.
Məlumata görə, borcalanların 39 411-i və ya 66,7%-i evlidir.
İpoteka ilə mənzil sahibi olanların 33 984-ü və ya 57,5%-i dövlət, 25 098-i və ya 42,5%-i isə özəl sektorda çalışır.
Yaş qrupları üzrə borcalanların 20 129-u və ya 34,1%-i 30-35 yaş arasında, 19 670-i və ya 33,3%-i 35 yaşdan yuxarı, 19 283-ü və ya 32,6%-i isə 18-29 yaş arasındadır.
Ötən ayın sonuna güzəştli ipoteka krediti alan şəxslərin 9 535-i və ya 50,6%-i hərbi qulluqçu, 3 168-i və ya 16,8%-i dövlət qulluqçusu, 2 098-i və ya 11,1%-i daxili işlər orqanlarında xüsusi rütbəsi olan şəxs, 2 034-ü və ya 10,8%-i müəllim, 1 243-ü və ya 6,6%-i məcburi köçkün olub.
Bundan başqa, güzəştli kateqoriya üzrə ipoteka krediti alanlar arasında 472 elmlər doktoru və ya namizədi, 174 idmançı və 93 şəhid ailəsi üzvü də var.
Borcalanların aylıq gəlirlərinə gəldikdə, 19 750 nəfərin və ya 33,4%-nin maaşı 2 000 manatdan çox, 12 993 nəfərin və ya 22%-nin 701-1 100 manat, 11 334 nəfərin və ya 19,2%-nin 1 101-1 500 manat, 10 047 nəfərin və ya 17%-nin 1 501-2 000 manat, 3 885 nəfərin və ya 6,6%-nin 501-700 manat, 1 073 nəfərin və ya 1,8%-nin isə 501 manatdan az olub. (teleqraf.az)
Bizim.Media































































































