ABŞ-dan SƏRT XƏBƏRDARLIQ – “İranla əlaqələri davam etdirən ölkələri iqtisadi çöküş gözləyir"

Hazırda oxunan: ABŞ-dan SƏRT XƏBƏRDARLIQ – “İranla əlaqələri davam etdirən ölkələri iqtisadi çöküş gözləyir"

632225

"İranla bu və ya digər formada əlaqələri davam etdirən ölkələri iqtisadi çöküş təhlükəsi gözləyir".

Bizim.Media xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent "X" hesabında etdiyi paylaşımda bildirib.

“Tehranla qalan istənilən əlaqə, bu əlaqələrin məqsədli şəkildə qurulmasından və ya bilərəkdən gözardı edilməsindən asılı olmayaraq, istənilən ölkənin iqtisadi tənəzzülünü sürətləndirəcək”, - deyə ABŞ maliyyə naziri yazıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp avqustun 19-da İranla bağlı görünməmiş miqyasda “iqtisadi müharibə və təcrid”ə başlandığını elan edib. ABŞ lideri, həmçinin xəbərdarlıq edib ki, maliyyə qurumları, müəssisələri, hava limanları və ya dövlət strukturları vasitəsilə Tehrana dəstək verən ölkələr ABŞ tərəfindən ciddi iqtisadi nəticələrlə üzləşəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin