Pünhan Əlizadə Saatlı Peşə Liseyində tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
Pünhan Əlizadə 2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyat-informatika” ixtisası üzrə bakalavriat səviyyəsini bitirib.
Əmək fəaliyyətinə 2002-ci ildə Saatlı rayonu M.Əzizbəyov adına 2 nömrəli orta məktəbdə riyaziyyat müəllimi kimi başlayıb. 2006–2007-ci illərdə Saatlı Rayon Təhsil Şöbəsində metodist vəzifəsində çalışıb.
2014–2020-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı Rayon Təhsil Şöbəsində məsləhətçi, 2020–2021-ci illərdə Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə təhsil sektorunda məsləhətçi vəzifəsində fəaliyyət göstərib.
2022-ci ildən 2024-cü ilədək Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə təhsil sektorunun metodik kabinetinin müdiri vəzifəsində çalışıb.
6 yanvar 2025-ci ildən etibarən Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu Nabatkənd kəndi İ.Ağayev adına tam orta məktəbində müəllim kimi fəaliyyət göstərib.

Bizim.Media































































































